ABŞ-dan İrana şok dəstək
  • "ABŞ İranda rejimin dəyişməsinə çalışmır". Bunu ABŞ prezidenti Barak Obama BMT Baş Assambleyasının Nyu Yorkda keçirilən sessiyasında çıxışı zamanı deyib.

Obama İranın nüvə proqramından da danışıb. "Biz İran xalqının dinc nüvə enerjisi əldə etmək hüququnu dəstəkləyirik", deyə qeyd edib.

Ağ ev rəhbəri bununla yanaşı ABŞ-ın İranın nüvə silahının yayılmaması öhdəliklərinə də əməl etməsinə təkid etdiyini deyib.

ABŞ prezidenti İranla olan ziddiyyətlərin diplomatik yolla həllində sadiq olduqlarını vurğulayıb. "Mən inanmıram ki, bu çətin vəziyyəti bir günə dəyişmək olar. Şübhələr çox dərindir. Ancaq mən inanıram ki, əgər İranın nüvə proqramı barədə məsələni həll edə bilsək, bu qarşılıqlı maraqlar və hörmətə əsaslanan münasibətlərdə yolunda böyük addım ola bilər".

Geri dön
Hadisələrdən həmən xəbərdar olmaq üçün avtomatlaşdırılmış TWITTERFACEBOOK hesablarımıza üzv olun.
Facebook hesabınız vasitəsilə xəbərlərə rəylərinizi bildirin.
Facebook hesabınıza daxil olun və aşağıdakı aktiv olacaq paneldə öz fikrinizlə bölüşün.