Cəmil Həsənli Rəsul Quliyev və Sülhəddin Əkbər arasında telefon danışığına münasibət bildirib
  • “Rəsul Quliyevin telefon danışıqlarına və fikirlərinə şərh vermək istəmirəm. O, özü izahat versin”.

Bunu APA-ya açıqlamasında Demokratik Qüvvələrin Milli Şurasının prezidentliyə namizədi Cəmil Həsənli Açıq Cəmiyyət Partiyasının (ACP) lideri Rəsul Quliyevlə partiyanın sədri Sülhəddin Əkbərin mediada yayılan telefon danışığına şərh verərəkən deyib.

C. Həsənli onu da qeyd edib ki, başqasının telefon söhbətini dinləmək yaxşı iş deyil. O bildirib ki, bu məsələ məhkəmə predmetidir və sözügedən şəxslər məhkəməyə müraciət etməlidirlər.

Qeyd edək ki, Açıq Cəmiyyət Partiyasının (ACP) lideri Rəsul Quliyevlə partiyanın sədri Sülhəddin Əkbər arasında telefon danışığının səs yazı yayılıb. Söhbətdən bəlli olur ki, telefon danışığı Milli Şuranın sentyabrın 22-də keçirilən mitinq zamanı aparılıb. Telefon danışığında R. Quliyev prezidentliyə namizəd Cəmil Həsənlini, “El” hərəkatının sədri Eldar Namazovu, keçmiş daxili işlər naziri İsgəndər Həmidovu təhqir edib, mitinqin təşkilatçılığına istehza edib.

Geri dön
Hadisələrdən həmən xəbərdar olmaq üçün avtomatlaşdırılmış TWITTERFACEBOOK hesablarımıza üzv olun.
Facebook hesabınız vasitəsilə xəbərlərə rəylərinizi bildirin.
Facebook hesabınıza daxil olun və aşağıdakı aktiv olacaq paneldə öz fikrinizlə bölüşün.