Obama: “Hərbi yolla Suriya probleminin həllinə nail olmaq mümkün deyil”
  • ABŞ prezidenti Barak Obama hərbi yolla Suriyada davamlı sülhə nail olmağın mümkünsüz olduğunu hesab edir və münaqişəni siyasi yolla həll etməyə çağırır.

“Kimyəvi silaha dair razılaşma Suriya münaqişəsinin siyasi yolla  nizamlanması istiqamətində göstərilən diplomatik səylərə enerji əlavə edəcək. Mən Suriyada olan və ya xarici qüvvələrin hərbi addımlarının davamlı sülhə nail olmağa yardım edəcəyinə inanmıram. Mən həmçinin Amerikanın və yaxud hər-hansı digər ölkənin Suriyada kimin lider olacağını müəyyən etməsinə də inanmıram”. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə,  bunu Obama BMT Baş Assambleyasında çıxışı zamanı bildirib.

ABŞ prezidenti Barak Obama qeyd edib ki, avqustun 21-də kimyəvi silahın  Suriya hökuməti tərəfindən istifadə olunmasına ABŞ heç bir şübhə etmir. “Bu silahın Əsəd rejimi tərəfindən istifadə olunmasını təsdiqləyən kifayət qədər dəlillər var”, deyə Obama bildirib.

Geri dön
Hadisələrdən həmən xəbərdar olmaq üçün avtomatlaşdırılmış TWITTERFACEBOOK hesablarımıza üzv olun.
Facebook hesabınız vasitəsilə xəbərlərə rəylərinizi bildirin.
Facebook hesabınıza daxil olun və aşağıdakı aktiv olacaq paneldə öz fikrinizlə bölüşün.