“Facebook” onlayn-ticarətlə məşğul olacaq
  • “Facebook” onlayn-ticarətlə məşğul olacaq. “Auto-Fill with Facebook” adlandırılan funksiya “Facebook”un “iOS” əməliyyat sistemi üçün nəzərdə tutulan əlavəsini tamamlayır.

Funksiyanın köməyi ilə istifadəçi ona məxsus kredit kartı haqqında məlumatlar “Facebook”dakı profilində olduğu halda onları daxil etmədən internet mağazalarında alış-veriş edə bilər. Ödəniş etmək üçün yalnız ödəniş faktını təsdiq etmək lazımdır.

ANS PRESS-in İCT news saytına istinadla verdiyi məlumata görə, ikin mərhələdə “Facebook”un tərəfdaşları qismində “Jack Threads” kişi geyimi mağazası və “Mosaic” foto servisi çıxış edib. Bu mağazaların əlavələrində alış-veriş edən zaman istifadəçilər yeni funksiyadan yararlana bilər. “Auto-Fill with Facebook” funksiyası hələ ki sınaq mərhələsindədir və ondan yalnız məhdud sayda istifadəçilər yararlana bilir.

Geri dön
Hadisələrdən həmən xəbərdar olmaq üçün avtomatlaşdırılmış TWITTERFACEBOOK hesablarımıza üzv olun.
Facebook hesabınız vasitəsilə xəbərlərə rəylərinizi bildirin.
Facebook hesabınıza daxil olun və aşağıdakı aktiv olacaq paneldə öz fikrinizlə bölüşün.