Yeni Android nə vaxt gəlir?
  • Nestle şirkəti Facebook sosial şəbəkəsində Android mobil əməliyyat sisteminin yeni versiyasının çıxarılma tarixini açıqlayıb

Nestle şirkəti Facebook sosial şəbəkəsində Android mobil əməliyyat sisteminin yeni versiyasının çıxarılma tarixini açıqlayıb. Şirkətin məlumatına görə, Google şirkəti əməliyyat sisteminin yeni versiyasını oktyabrda çıxaracaq.

Bu barədə KitKat şokolad batonuna həsr edilmiş Facebook səhifəsində məlumat verilib. Səhifəyə qida şirkətinin əməkdaşları nəzarət edirlər.
Sentyabrın 17-də Facebook səhifəsində Nexus planşeti və KitKat şokolad batonunun təsvirini yerləşdiriblər. İstifadəçilərdən biri şərh yazaraq Android platformasının yeni versiyasının çıxarılma tarixini soruşub. Administrator cavab verib ki, bu, oktyabr ayında olacaq.
Artıq məlumdur ki, Google ƏS-nin yeni versiyasını şokolad batonunun şərəfinə adlandırmaq niyyətindədir. Şirkət seçimini belə izah edib ki, KitKat proqramçıların sevimli şokoladlarından biridir.

ICTnews.az

Geri dön
Hadisələrdən həmən xəbərdar olmaq üçün avtomatlaşdırılmış TWITTERFACEBOOK hesablarımıza üzv olun.
Facebook hesabınız vasitəsilə xəbərlərə rəylərinizi bildirin.
Facebook hesabınıza daxil olun və aşağıdakı aktiv olacaq paneldə öz fikrinizlə bölüşün.