Son iddialar isə Sony-lə əlaqədardır. Daha əvvəl Sony Xperia Z2-ə aid olduğu iddia edilən bir fotoşəkil internetə sızmış və xüsusiyyətlərinə dair bəzi iddialar gündəmə gəlmişdi. İndi isə cihazın 2014-cü ilin aprelində bazara çıxarılacağı deyilir. İşin maraqlı tərəfi isə bu söz-söhbət Yaponiyadakı bəzi qaynaqlar tərəfindən təsdiqlənib.
İddialara görə Xperia Z2-də 5.2 düymlük 506 pp-lik Full HD IGZO və Triluminos ekranı yerləşir. 3 GB RAM ilə yanaşı 4 nüvəli Snapdragon 800 prosessor, Ksenon flaşlı 20.7 megapiksellik arxa kamera, 3200 mAh batareya və Android 4.4 KitKat əməliyyat sisteminin olacağı iddiaları irəli sürülür.