4G-dən ən çox istifadə edən ölkələr (SIYAHI)
  • İndi dünyada mobil telefon xidmətləri sahəsində ən son texnologiya olan dördüncü nəsil 4G LTE mobil xidmətlərindən istifadə edənlərin sayı artır.

İndi dünyada mobil telefon xidmətləri sahəsində ən son texnologiya olan dördüncü nəsil 4G LTE mobil xidmətlərindən istifadə edənlərin sayı artır.

4G texnologiyasında mobil internetin sürəti hazırda dünyada əksər abunəçilərin istifadə etdiyi 3G texnologiyasından 10 dəfə çoxdur.

Bu şəbəkə imkan verir ki, mobil telefon istifadəçiləri telefonlarında internetdən saniyədə 75 meqabitədək məlumat qəbul edə bilsinlər.

Bəs dünyada ən çox bu son mobil texnologiya xidmətindən istifadə edən ölkələr hansılardır?

Telekommunikasiya avadanlıqları istehsalçısı “Juniper Networks” ölkə əhalisinin mobil telefondan istifadə sayına görə bu ilin sonuna proqnozlaşdırılan 4G LTE texnologiyalarından istifadə edən ölkələrin ilk onluğunu hazırlayıb.

Həmin siyahıda LTE istifadəçilərinin sayına görə 10-cu yerdə Filippinin adı çəkilir. Bu ölkədə bu il əhalinin 1,1 milyonunun 4G LTE mobil xidmətindən istifadə edəcəyi proqnozlaşdırılır.

“CİA World Factbook”un hesabatına görə, 2011-ci ildə bu ölkədə 94,2 milyon mobil telefon abunəçisi qeydə alınıb.

LTE texnologiyasından ən çox istifadə edən ölkələr arasında Rusiya doqquzuncu sıradadır. Proqnoza görə, bu il ölkədə 2,7 milyon 4G xidmətindən istifadə edənlər olacaq. Bu ölkədə 236,7 milyon mobil telefon abunəçisi qeydə alınıb.

Bu il proqnozlaşdırılan 2,4 milyon 4G LTE istifadəçiləri ilə Almaniya siyahıda səkkizindi sıradadır.

“CİA World Factbook”un məlumatına görə, 2011-ci ildə bu ölkədə 108,7 milyon mobil telefon abunəçisi olub.

4G texnologiyasından ən çox istifadə edən ölkələr siyahısında Böyük Britaniya yeddinci sırada qərarlaşıb.

Bu ölkənin əhalisinin 5%-nin (3,3 milyonu) bu il 4G xidmətindən istifadə edəcəyi proqnozlaşdırılır.

2012-ci ildə ölkədə 81,6 milyon mobil telefon abunəçisi qeydə alınıb.

Kanada adıçəkilən siyahıda altıncı yerdə yerləşir. Bu ölkədə əhalinin 8%  hissəsinin (2,9 milyon) 4G LTE xidmətindən istifadəsi proqnozlaşdırılır.

2011-ci ildə bu ölkədə 27,4 milyon mobil telefon abunəçisi qeydiyyatda olub.

Ən çox 4G texnologiyasından istifadə edən beşinci ölkə isə İsveç olub. Bu ölkə əhalisinin 14%-nin (1,4 milyon) 4G texnologiyasından istifadəsi proqnozlaşdırılır.

2011-ci il hesabatına görə İsveçdə 11,2 milyon mobil telefon abunəçisi olub.

Siyahıda dördüncü yerdə qərarlaşan ABŞ-da isə əhalinin 19%-nin bu il 4G LTE mobil xidmətindən istifadəsi proqnozlaşdırılır.

Bu da 58,6 milyon əhali deməkdir.

2011-ci il hesabatına görə ABŞ-da 290,3 milyon mobil telefon abunəçisi qeydə alınıb.

4G LTE mobil xidmətindən ölkə əhalisinə görə ən çox istifadə edən üçüncü ölkə isə Avstraliyadır. Bu il Avstraliyada ölkə əhalisinin 21.1%-nin (4,9 milyon) bu texnoloji xidmətlərdən istifadə edəcəyi proqnozlaşdırılır.

Ölkədə 2011-ci ildə 24,5 milyon mobil telefon abunəçisi olub.

Ən çox 4G LTE mobil xidmətlərindən istifadə edən ölkələr siyahısında ikinci yerdə isə Yaponiya qərarlaşıb.

Bu ilin sonuna bu ölkədə əhalinin 21,3%-nin (26,9 milyon) 4G xidmətindən istifadə edəcəyi proqnozlaşdırılır.

Yaponiyada 2011-ci ildə 132,8 milyon mobil telefon istifadəçisi qeydiyyata alınıb.

Adıçəliıən siyahıya başçılıq edən ölkə Cənubi Koreya olub. Bu ölkədə əhalinin təxminən 62%-nin 4G LTE texnologiyaalrından istifadəsi proqnozlaşdırılır.

Bu isə təxminən 30,3 milyon əhalinin bu texnologiyadan faydalanması deməkdir.

“CİA World Factbook” un hesabatına görə, bu ölkədə 2011-ci ildə 52,5 milyon mobil telefon abunəçisi olub.

Qeyd edək ki, Azərbaycanda “Eurovision-2012” Mahnı Müsabiqəsinin keçirildiyi ərəfədə “Azercell” şirkəti 4G-ni istifadəyə verib. Yaxın vaxtlarda digər mobil operatorların da bu xidməti istifadəyə verəcəyi nəzərdə tutulur.

2009-cu ildə Dünyanın qabaqcıl telekommunikasiya şirkətlərindən olan “Verizon Vireless” 4G-ni sınaqdan keçirib. Şirkət ABŞ-ın Boston və Sietl şəhərləri arasında keçirdiyi testləri uğurla tamamlayıb.

Test mərhələsində video, fayl endirmə və yükləmə, internetdə gəzinti ilə yanaşı, səs transferi 4G üzərindən sınanıb.

(Gün.Az)

Geri dön
Hadisələrdən həmən xəbərdar olmaq üçün avtomatlaşdırılmış TWITTERFACEBOOK hesablarımıza üzv olun.
Facebook hesabınız vasitəsilə xəbərlərə rəylərinizi bildirin.
Facebook hesabınıza daxil olun və aşağıdakı aktiv olacaq paneldə öz fikrinizlə bölüşün.