Azərbaycanda ödənişli yollar bağlı hesabat açıqlandı
  • “Yollarda artan nəqliyyat göstərib ki, daha artıq maliyyə vəsaitin ayrılması vacibdir”.

Asiya İnkişaf Bankının nəqliyyat sektoru üçün Azərbaycan hökumətinə ayırdığı kreditin tərkib hissəsi kimi aparılan araşdırmaya dair “Ödənişli Yollar” haqqında bilik hesabatı açıqlanıb.

Bankdan verilən məlumata görə, son illər hökumətin yol sektoruna 4,6 mlrd. manat investisiya qoymasına baxmayaraq, yol şəbəkəsinin yeniləşdirilməsi prosesi və yollarda artan nəqliyyat göstərib ki, yol şəbəkəsinin davamlı inkişaf etdirilməsi və məqbul səviyyədə saxlanılması üçün daha artıq  maliyyə vəsaitin ayrılması vacibdir.

Hazırda donorlar özəl sektorun iştirakı ilə daha keyfiyyətli xidmətin göstərilməsi və yolların saxlanılması üçün ayrılan vəsaiti artırmaq məqsədilə birbaşa və ya dolayı gəlir əldə etmək imkanlarını axtarırlar.

“Ödənişli Yollar” haqqında araşdırmanın məqsədi ödənişli yolların tətbiqi üçün prioritet yol hissələrini və özəl sektorun iştirakının səmərəliliyini müəyyənləşdirmək, Azərbaycanın mövcud normativ-hüquqi bazası əsasında özəl sektorun yol sektorunda davamlı iştirakının mümkünlüyünü öyrənmək olub.

Hesabat milli və beynəlxalq tərəfdaşlara təqdim edilib. Nəqliyyat sektorunda maraqlı tərəflərin fikir və təkliflərini və dövlət-özəl tərəfdaşlığın (DÖT) beynəlxalq təcrübəsini özündə əks etdirən və ödənişli yolların tətbiqi və DÖT variantları, DÖT üçün prioritet yol hissələrinin müəyyənləşdirilməsi, hüquqi bazanın qiymətləndirilməsi və tənzimlənməsi, ödənişli yollarda əməliyyat proseduru, risklərin qiymətləndirilməsi və DÖT layihələrin həyata keçirilməsinə dair tövsiyələr kimi sahələri əhatə edən yekun hesabat hökumətə təqdim ediləcək.

Geri dön
Hadisələrdən həmən xəbərdar olmaq üçün avtomatlaşdırılmış TWITTERFACEBOOK hesablarımıza üzv olun.
Facebook hesabınız vasitəsilə xəbərlərə rəylərinizi bildirin.
Facebook hesabınıza daxil olun və aşağıdakı aktiv olacaq paneldə öz fikrinizlə bölüşün.