Polad Bülbüloğlu: Azərbaycanlılar və ermənilər çox gözəl şəkildə birgə yaşaya bilirlər
  • Azərbaycanın və Ermənistanın vətəndaş cəmiyyətinin nümayəndələri toqquşma nöqtələrinin axtarışı cəhdlərini davam etdirməlidirlər.

Bu fikirləri Novosti-Armeniya agentliyinə müsahibəsində Dövlətlərarası Humanitar Əməkdaşlıq Fondunun İdarə heyətinin sədri, Azərbaycanın MDB-də Humanitar əməkdaşlıq şurasındakı təmsilçisi, fövqəladə və səlahiyyətli səfir, estrada müğənnisi, bəstəkar və aktyor Polad Bülbüloğlu ifadə edib.

Müsahibə Minskdə keçirilən MDB-yə üzv dövlətlərin yaradıcı və elmi ziyalılarının VIII Forumu (23-26 sentyabr) çərçivəsində baş tutub.

İki ölkə ziyalılarının etibar ab-havasının formalaşdırılmasına cəlb edilməsi təşəbbüsünün taleyi barədə sualı cavablandıran Polad Bülbüloğlu bu təşəbbüsün davamlı olmadığını təssüflə qeyd edib.

“Baxmayaraq ki, biz onu davam etdirməyə hazırıq, Azərbaycan tərəfi bu işdə maraqlıdır. Biz bu barədə çox danışmışıq. Rusiya və Minsk Qrupunun həmsədrləri bu sülhməramlı formatı dəstəkləyirlər. Lakin bu sualları bütün bu məsələləri həll edənlərə vermək lazımdır. Lakin hansı səbəbdənsə belə bir istək yoxdur.

“Ölkələrimiz və xalqlarımız arasında çoxlu sayda problemlər yığılsa da, mən bu gün sülh danışıqları masası arxasına keçməkdən başqa yol görmürəm. Hər halda biz iki kiçik xalqıq. Dünyaya, nələrin baş verdiyinə baxmaq və anlamaq lazımdır ki, özümüzdən başqa bu dünyada heç kim bizə kömək etməyəcək. Buna görə də, bizim yaşımızın yüksəkliyindən ağıla səsləməyə və həmin toqquşma nöqtələri, həmin imkanları axtarmağa başlamaq lazımdır – bir daha təkrar edirəm, bu imkanlar hələ tükənməyib. Lakin təssüf ki, zaman əleyhimizə işləyir” – deyə, Bülbüloğlu vurğulayıb və artıq həyata keçirilmiş layihələrin uğurlu olduğunu qeyd edib.

O, azərbaycanlı və erməni musiqiçilərin MDB-nin Gənclər simfonik orkestrində iştirakı təşəbbüsünü xüsusilə vurğulayıb.

“Həyat göstərdi ki, onlar bir yerdə gözəl şəkildə yaşaya bilirlər, birlikdə qastrollarda, səfərlərdə olublar, musiqiçilərimiz Bakıda, İrəvanda, başqa şəhərlərdə çıxış ediblər” – deyə, Bülbüloğlu qeyd edib.

“Sirr deyil ki, həm sizin mətbuatda, həm də bizim mətbuatda düşmən obrazı yetişdirilir və bir-birini düşmən kimi qəbul edən nəsil yetişir. Buna yol vermək olmaz. Biz gələcək nəsillərdə partlayacaq mina basdırmış oluruq. Lakin bir-birini tanıyan ziyalılar da var və heç olmasa bu potensialdan dialoq qurmaq üçün istifadə etmək lazımdır” – Polad Bülbüloğlu əmindir.

Onun sözlərinə görə, bu, məsələnin siyasi həlli variantını da istisna etmir.

“Əlbəttə, bu, bizim prezidentlərin yaxud da XİN, xarici işlər nazirlərinin gördükləri işləri istisna etmir. Lakin vətəndaş cəmiyyəti, sadə insanların səviyyəsində bu iş çox vacibdir. Bax indi forumda iki nümayəndə heyəti – Azərbaycan və erməni nümayəndə heyətləri dinc qonşuluq edirlər. Bir-biri ilə salamlaşır, söhbətləşir və suallar verirlər. Bunu davam etdirmək lazımdır. Bu, məsələni həll edə biləcək siyasətçilər üçün əlverişli fon yaratmağa xidmət edəcək adi insani ünsiyyət baxımından çox vacibdir” – deyə, Polad Bülbüloğlu bildirib.

Geri dön
Hadisələrdən həmən xəbərdar olmaq üçün avtomatlaşdırılmış TWITTERFACEBOOK hesablarımıza üzv olun.
Facebook hesabınız vasitəsilə xəbərlərə rəylərinizi bildirin.
Facebook hesabınıza daxil olun və aşağıdakı aktiv olacaq paneldə öz fikrinizlə bölüşün.