“Google” bu gün ad günün qeyd edir!
  • Bu gün “Google” şirkətinin yaranmasından 15 il ötür. Şirkət axtarış saytında öz ad günü ilə bağlı “dudl” yayımlayıb. Təsvirdə oyun oynamaqla istifadəçilər "Google”un ad günü təbrik edə bilərlər.

Qeyd edək ki, “Google” öz tarixinə 1996-cı ildən başlasada sayt 1998-ci ildə fəaliyyətə keçib. Həmin dövrdə Kaliforniyadakı Stenford Universitetinin doktorantura pilləsində təhsil alan tələbələr Larry Page və Sergey Brin tərəfindən tədqiqat lahiyəsi çərçivəsində bu sayt hazırlanıb.

Ənənəvi axtarış sistemləri axtarılan sözlərin hansı saytda neçə dəfə işlədilməsini əsas götürürdüsə, yeni saytda axtarılan saytlar arasındakı əlaqəni analiz edirdi. Larry Page və Sergey Brin başlanğıcda sürətli işləməsi olaraq BackRub adlı bir axtarma sistemi üzərində çalışmağa başlayıblar.

Məqsədləri iri bir məlumat yığını olan interneti bölümləmək və axtarılanları daha asan tapılan bir hala gətirmək olub. Bunun üçün yeni bir texnologiya yaradıblar. Bu texnologiya, interneti klassik sistemlərə görə daha fərqli bir şəkildə tədqiq edirdi. Nəticədə qısa zamanda adları tanınmağa başladı.

Geri dön
Hadisələrdən həmən xəbərdar olmaq üçün avtomatlaşdırılmış TWITTERFACEBOOK hesablarımıza üzv olun.
Facebook hesabınız vasitəsilə xəbərlərə rəylərinizi bildirin.
Facebook hesabınıza daxil olun və aşağıdakı aktiv olacaq paneldə öz fikrinizlə bölüşün.