Strateji marketinq üzrə şirkətin direktoru deyib ki, bükük ekranlı cihaz oktyabrda təqdim ediləcək. Yeni aparat Cənubi Koreyada istehsal olunacaq.
Elastik OLED ekranlar maye kristal ekranlarla müqayisədə daha parlaqdır və ayrıca işıqlandırma tələb etmir. Sözsüz ki sözügedən smartfon tamamilə elastik olmayacaq: akkumulyator və elaktron sxem kimi komponentlər buna mane olacaq. Üstünlüklərinə baxmayaraq, OLED ekranların qiyməti bahadır.
Qeyd edək ki, bu il “Samsung” və “LG” şirkətləri artıq böyük televizorları sözügedən panellərlə təchiz etməyə başlayıb. Onların qiyməti 9 min dollardan başlanır.