“BlackBerry” 4,7 milyard dollara satıldı
  • Şirkət “Fairfax Financial Holding”in liderliyindəki konsorsiyumun 4.7 milyard dollarlıq təklifini qəbul edib.

“BlackBerry” razılaşma ilə əlaqədar niyyət məktubu imzaladığını, ancaq digər variantların da masada olduğunu açıqlayıb. Satış əməliyyatının isə noyabrdan əvvəl reallaşması gözlənilir:

Mütəxəssislər nəticənin sürpriz olmadığını söyləyir: "Bu variant uzun zamandan bəri gözlənilirdi. Milyonlarla dollar itki şərhləri, işdən çıxarmalar, səhmlərin ciddi mənada dəyər itirməsi müddəti sürətləndirdi."

“BlackBerry” son dörd ildə beynəlxalq bazarda ciddi itkiyə uğrayıb. 2010-cu ildə 17 faizlik bazar payına sahib şirkət üçün bu nisbət 2011-ci ildə 11 faiz, 2013-cü ildə 3 faizə qədər geriləyib.

Ağıllı cib telefonu dünyasındakı gərgin rəqabət mühitinə dözə bilməyən şirkət bu ilin başında təqdim etdiyi Z10 modelinin satışlarının gözləntiləri doğrultmaması səbəbindən yüz milyonlarla dollar zərər proqnozlaşdırdığını açıqlayib. 1999-cu ildə qurulan “BlackBerry” yaşadığı maliyyə böhrandan çıxa bilmək üçün ən son 4 min 500 işçisini işdən çıxaracağını açıqlamışdı

Geri dön
Hadisələrdən həmən xəbərdar olmaq üçün avtomatlaşdırılmış TWITTERFACEBOOK hesablarımıza üzv olun.
Facebook hesabınız vasitəsilə xəbərlərə rəylərinizi bildirin.
Facebook hesabınıza daxil olun və aşağıdakı aktiv olacaq paneldə öz fikrinizlə bölüşün.