Bakıda qadının 46 min dollarını oğurladılar
  • Gülcamal Talehin evində kirayə yaşayırdı. Bakıda qadına məxsus külli miqdarda pulu oğurlamış şəxs tutulub.

Bakı şəhəri Baş Polis İdarəsindən verilən məlumata görə, sentyabrın 24-də Gəncə şəhər sakini Gülcamal Hüseynovanın içərisində 46 000 ABŞ dolları olan əl çantası onun qonaq gəldiyi Taleh Seyidovun kirayədə yaşadığı Keşlə qəsəbəsindəki evindən oğurlanıb.

Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən Taleh Seyidov Nizami RPİ 23-cü PB əməkdaşları tərəfindən tutulub.

Faktla əlaqədar araşdırmalar aparılır.

Geri dön
Hadisələrdən həmən xəbərdar olmaq üçün avtomatlaşdırılmış TWITTERFACEBOOK hesablarımıza üzv olun.
Facebook hesabınız vasitəsilə xəbərlərə rəylərinizi bildirin.
Facebook hesabınıza daxil olun və aşağıdakı aktiv olacaq paneldə öz fikrinizlə bölüşün.