"Facebook"da daha bir yenilik
  • “Facebook” sosial şəbəkəsində əvvəllər dərc edilən şərhləri redaktə etmək üçün imkan yaradılıb.

Müvafiq funksiya sosial şəbəkənin saytına, eləcə də “Facebook”un “Android” əməliyyat sistemi üçün nəzərdə tutulan mobil əlavəsinə inteqrasiya edilib. İstifadəçilərin məlumatına görə, indi bu və ya digər şərhin dəyişdirilməsi tarixinə xəbərin dərc olunduğu vaxtın yanında yerləşən xüsusi linkə daxil olmaqla baxmaq mümkündür.

Əvvəllər şərhə düzəlişlər etmək üçün istifadəçilər onu silməli, düzəlişlər etdikdən sonra yenidən dərc etməli olurdular ki, bununla da əvvəlki şərhlər və “bəyənmə” sayları itirdi.

Yeni funksiyadan hələlik məhdud sayda istifadəçilər sınaq rejimində yararlana bilər. Lakin tezliklə dərc edilən xəbərlərin redaktə edilməsi imkanının sosial şəbəkənin “iOS” əməliyyat sistemi üçün əlavəsində də yer alacağı gözlənilir.

Qeyd edək ki, 2012-ci ilin iyununda “Facebook”da xəbərlər və fotoşəkillərin altında dərc edilən şərhləri redaktə etmək üçün funksiya yaradılıb. Funksiya yaradılmamışdan əvvəl istifadəçilər şərhləri yalnız silmək və yenisini dərc etməklə düzəlişlər edə bilirdi.

“Facebook” sosial şəbəkəsi 2004-cü ildə istifadəyə verilib və dünyanın ən populyar sosial şəbəkəsi hesab olunur. Saytda ümumilikdə 1 milyarddan çox istifadəçi qeydiyyatdan keçib, - "Lenta” yazır.

Geri dön
Hadisələrdən həmən xəbərdar olmaq üçün avtomatlaşdırılmış TWITTERFACEBOOK hesablarımıza üzv olun.
Facebook hesabınız vasitəsilə xəbərlərə rəylərinizi bildirin.
Facebook hesabınıza daxil olun və aşağıdakı aktiv olacaq paneldə öz fikrinizlə bölüşün.