Ancelina Coliyə 300 min dollarlıq hədiyyə
  • Məhşur Hollivud aktyoru Bred Pit həyat yoldaşı Ancelina Coliyə 300 min dollara kolye hədiyyə edib.

Çində olanda ailəvi alış-verişə çıxan cütlük zərgərlik dükanlarından birinə daxil olub və dükandan əlidolu çıxıblar.

Elə həmin dükanda B. Pit sevimli həyat yoldaşına 300 min dollarlıq brilliyant kolye alıb. Bundan başqa Bred Pit xanımına 3 ədəd bahalı saat da hədiyyə verib.

Qeyd edək ki, bundan bir müddət əvvəl aktrisa da həyat yoldaşına Kaliforniyada şəlalə və o ərazidə torpaq sahəsi hədiyyə etmişdi. Aktyor bu ərazidə özünün dizayn edəcəyi ev inşa etməyi planlaşdırır.

Geri dön
Hadisələrdən həmən xəbərdar olmaq üçün avtomatlaşdırılmış TWITTERFACEBOOK hesablarımıza üzv olun.
Facebook hesabınız vasitəsilə xəbərlərə rəylərinizi bildirin.
Facebook hesabınıza daxil olun və aşağıdakı aktiv olacaq paneldə öz fikrinizlə bölüşün.