Azərbaycan “Google”-dan narazıdır
  • “Google earth”un ölkəmizin coğrafi adlarının təhrif olunması ilə bağlı “Google” şirkətinə rəsmi etiraz məktubu ünvanlanıb.

Bunu Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Elman Abdullayev bildirib.

Onun sözlərinə görə, bununla bağlı Azərbaycan XİN ABŞ-dakı səfirliyimizə təlimat verib. Səfirlik vasitəsi ilə “Google” şirkətinə etiraz bildirilib.

E.Abdullayev vurğulayıb: “Azərbaycanda dövlətin hər zaman borcudur ki, onun milli mənafeyini qorusun. “Google earth” Azərbaycanın işğal olunmuş ərazilərimizin google adlarının dəyişdirilməsinə hər zaman mövqeyimizi bildiririk. Ermənilər bu yaxınlaşmanı istifadə edərək Azərbaycana aid coğrafi adlarını dəyişdirirlər.

Mən Azərbaycanın informasiya sahəsində çalışan mütəxxəsislərə üz tutaraq bildirirəm ki, onlar bu cür saytlarda ölkəmizin ərazi bütövlüyü ilə bağlı hər hansı nöqsana rast gələrlərsə, bu cür informasiya saytlarına müdaxilə etməli və öz töhfələrini verməlidirlər. Azərbaycan XİN-nin üzərinə düşən işi hər zaman fikrini bildirəcək.”

Geri dön
Hadisələrdən həmən xəbərdar olmaq üçün avtomatlaşdırılmış TWITTERFACEBOOK hesablarımıza üzv olun.
Facebook hesabınız vasitəsilə xəbərlərə rəylərinizi bildirin.
Facebook hesabınıza daxil olun və aşağıdakı aktiv olacaq paneldə öz fikrinizlə bölüşün.