Ən bahalı avtomobil brendləri
  • "Toyota" 2013-cü ilin ən bahalı avtomobil markası olub. Interbrand konsaltinq şirkətinin məlumatlarına əsasən ən bahalı ticarət markalarının siyahısında onuncu sətiri tutan yapon markasının dəyəri 35 milyard 346 milyon dollar təşkil edir.
"Toyota"nın ardınca on birinci və on ikinci yerlərdə müvafiq olaraq Mercedes-Benz və BMW yerləşdi. "Top-100" ilin ən bahalı şirkətləri siyahısına cəmi 13 avtomobil istehsalçısı düşüb. Onların arasında ilk dəfə Chevrolet şirkəti də var.
2013 ilin ən bahalı avtomobil markaları:
Toyota - 35,346 milyard dollar
Mercedes-Benz - 31,904
BMW - 31,839
Honda - 18,490
Volkswagen - 11,120
Ford - 9,181
Hyundai - 9,004
Audi - 7,767
Porsche - 6,471
Nissan - 6,203
Kia - 4,708
Chevrolet - 4,578
Ferrari - 4,013
Keçən ilki Interbrand reytinqində də həmçinin ən bahalı avtomobil markası Toyota olmuş və ikinci və üçüncü yerləri də müvafiq olaraq Mercedes-Benz və BMW tutmuşdu.
Geri dön
Hadisələrdən həmən xəbərdar olmaq üçün avtomatlaşdırılmış TWITTERFACEBOOK hesablarımıza üzv olun.
Facebook hesabınız vasitəsilə xəbərlərə rəylərinizi bildirin.
Facebook hesabınıza daxil olun və aşağıdakı aktiv olacaq paneldə öz fikrinizlə bölüşün.