“BlackBerry” işçiləri ixtisar edib işə düşdü
  • “BlackBerry” istehsalçısı şirkətin strukturunun yenidən qurulması ilə bağlı 400 milyon dollar məbləğində əlavə xərclərlə üzləşəcək.

Qeyd olunan rəqəm əvvəlcədən planlaşdırılandan təxminən 4 dəfə çoxdur. Xərclərin əsas hissəsini əməkdaşların işdən çıxarılması üçün ödənilən kompensasiyalar təşkil edir. Belə ki, bir müddət əvvəl Kanada istehsalçısı əməkdaşların 40 faizini ixtisar etməsini, sənaye avadanlığını və şirkətə məxsus daşınmaz əmlakı satmasını bəyan edib. Xərclərin 4500 işçinin azad olunması ilə əlaqədar əməliyyatları ödəməsi, habelə bundan sonra şirkətdə 7500 nəfərdən bir qədər az işçinin çalışması gözlənilir. Bununla eyni vaxtda şirkət daxili xərclərə qənaət və azaldılması üzrə siyasətini davam etdirəcək, həmçinin ayrı-ayrılıqda aktivlərini satışa çıxaracaq.

Xatırladaq ki, Kanadanın “Fairfax Financial Holdings” fondu “BlackBerry”nin aktivlərini 4,7 milyard dollara almağa hazır olduğunu bildirib.

Geri dön
Hadisələrdən həmən xəbərdar olmaq üçün avtomatlaşdırılmış TWITTERFACEBOOK hesablarımıza üzv olun.
Facebook hesabınız vasitəsilə xəbərlərə rəylərinizi bildirin.
Facebook hesabınıza daxil olun və aşağıdakı aktiv olacaq paneldə öz fikrinizlə bölüşün.