"iPad"la insanları şoka salan görüntülər (VİDEO)
  • Türkiyədə izləmə rekordu vuran verlişlərdən biri sayılan "Yetenek Sizsiniz"-də bu həftə çox maraqlı anlar yaşanıb. "Star" telekanalında yayımlanan yarışmaya Almaniyadan qatılan Simon Pierro adlı şəxs iPad-la tamaşaçılara inanılmaz şoular göstərib.

Juri heyyətindən biri və yarışmanın təşkilatçısı olan Acun İlıcalı bu iştirakçının görüntülərini şəxsən özü internetdə görüb bəyəndikdən sonra Türkiyəyə dəvət edib. Təkliflərini dəyərləndirib gəldiyinə görə də təşəkkürünü bildirib.

iPad-la göstərdiyi illuziyalarda hər kəsi şoka salan Simon cihazı ekranından stəkana ayran süzüb, Almaniyadakı dostu ilə video görüntülü söhbət edərkən onun başına süd töküb.
iPad-ın ekranındakı tennis topunu isə götürərək Hülya Avşara tullayıb.

Geri dön
Hadisələrdən həmən xəbərdar olmaq üçün avtomatlaşdırılmış TWITTERFACEBOOK hesablarımıza üzv olun.
Facebook hesabınız vasitəsilə xəbərlərə rəylərinizi bildirin.
Facebook hesabınıza daxil olun və aşağıdakı aktiv olacaq paneldə öz fikrinizlə bölüşün.