“Apple” şirkəti fərdi assistent xidməti rolunda çıxış edən “Cue” xidmətini satın alıb
  • “AppleInsider” və “TechCrunch” internet nəşrləri öz mənbələrinə istinadən bildirib ki, “Apple” şirkəti fərdi assistent xidməti rolunda çıxış edən “Cue” xidmətini satın alıb.

Ekspertlərin qiymətləndirməsinə görə, sazişin dəyəri 35-dən 60 milyon dollara qədər təşkil edir. Həmçinin şirkətdəki mənbələrin məlumatına görə, “Apple” şirkəti artıq sazişi bağlayıb.

“Cue” xidməti fəaliyyətinin ilk vaxtlarında “Greplin” adlanıb, o, bir sıra populyar platformalardan, məsələn, “Gmail”, “Facebook”, “Twitter”dən məlumatları əldə etməyə icazə verir. O, məlumatları sərbəst təşkil edir və məlumatları münasib növdə təqdim edir.

Amerika şirkətindən bildirilib ki, “Cue” xidməti fəaliyyətini tamamilə dayandıracaq və istifadəçilərin məlumatları onlara geri qaytarılmayacaq. “Cue Premium”a malik müştərilərə isə vəsaitin qalığı qaytarılacaq.

Geri dön
Hadisələrdən həmən xəbərdar olmaq üçün avtomatlaşdırılmış TWITTERFACEBOOK hesablarımıza üzv olun.
Facebook hesabınız vasitəsilə xəbərlərə rəylərinizi bildirin.
Facebook hesabınıza daxil olun və aşağıdakı aktiv olacaq paneldə öz fikrinizlə bölüşün.