“Yahoo!” hakerləri mükafatlandıracaq
  • "Yahoo!" internet şirkəti də xidmətlərində aşkar edilmiş boşluqlara görə hakerlərə pul ödəyəcək: mükafat məbləği 150-dən 15 min dollaradək təşkil edəcək.

Artıq məlum olduğu kimi, oxşar proqram "Facebook", "Google", "Yandeks" və başqa böyük şirkətlərdə mövcuddur. Bəzi şirkətlərdə pul  mükafatı konkret məbləğ həddi ilə məhdudlaşdırılıb, digərlərində, məsələn, "Facebook"da administrasiya ən yüksək limit təyin etməyib. Lakin sözügedən proqramların əsas qaydası aşkar edilmiş boşluqdan başqa istifadəçilərə qarşı istifadə etməməkdir.

"ICTnews" elektron xəbər xidməti "digit.ru" saytına istinadən bildirir ki,  "Yahoo!"-nun təhlükəsizlik komandasının direktoru Ramses Martinesin sözlərinə görə, o, artıq uzun müddətdir sərbəst olaraq aşkar edilmiş boşluqlara görə tərtibatçılara minnətdarlıq qismində futbolka göndərir, lakin indiyə kimi rəsmi mükafatlandırma proqramı mövcud olmayıb.

"Aylıq 800 milyondan çox insana xidmət göstərən şirkətdə işlədikdə təhlükəsizlik məsələlərinə ciddi yanaşırsınız" – o qeyd edib. Artıq "Yahoo!" aşkar edilmiş boşluqlara görə təhlükənin ciddiliyindən asılı olaraq 150-dən 15 min dollaradək ödəyəcək.

(İctnews)

Geri dön
Hadisələrdən həmən xəbərdar olmaq üçün avtomatlaşdırılmış TWITTERFACEBOOK hesablarımıza üzv olun.
Facebook hesabınız vasitəsilə xəbərlərə rəylərinizi bildirin.
Facebook hesabınıza daxil olun və aşağıdakı aktiv olacaq paneldə öz fikrinizlə bölüşün.