Azərbaycan prezidentliyinə namizəd Hafiz Hacıyev səs verib
  • Bu gün Azərbaycan prezidentliyinə namizəd, Müasir Müsavat partiyasının sədri Hafiz Hacıyev 8 saylı Binəqədi I seçki dairəsi 31 saylı məntəqəsində səs verib.

APA-nın xəbərinə görə, H.Hacıyev bildirib ki, seçki məntəqəsinə ailə üzvləri ilə deyil, tək gəlib: “Ailə üzvlərim başqa yerdə qeydiyyatdadır, uşaqlarımdan ikisi isə ezamiyyətdədir. Bizim ailədə demokratik mühit var”.

H.Hacıyev Azərbaycanın gələcəyinə səs verdiyini diqqətə çatdırıb: “Azərbaycandakı sabitliyi, iqtisadi inkişafını istəməyən bəzi qüvvələr var ki, onlara qarşı hər zaman mübarizə aparılıb və aparılacaq”.

Geri dön
Hadisələrdən həmən xəbərdar olmaq üçün avtomatlaşdırılmış TWITTERFACEBOOK hesablarımıza üzv olun.
Facebook hesabınız vasitəsilə xəbərlərə rəylərinizi bildirin.
Facebook hesabınıza daxil olun və aşağıdakı aktiv olacaq paneldə öz fikrinizlə bölüşün.