Siyavuş Novruzov: “Cəmil Həsənli Azərbaycana qayıtmayacaq”
  • “Cəmil Həsənli Azərbaycandan gedib. Bizə qabaqcadan da bəlli idi ki, Cəmil Həsənli ona verilən tapşırığı yerinə yetirdikdən sonra aradan çıxacaq”.

Bunu APA-ya açıqlamasında Yeni Azərbaycan Partiyasının (YAP) icra katibinin müavini, deputat Siyavuş Novruzov deyib.

S. Novruzov qeyd edib ki, C. Həsənli müəyyən dairələrin maraqlarını burada təmsil edib: “Böhtan xarakterli, erməni mənbələrinə istinad olunan məlumatları Azərbaycan cəmiyyətinə sırımaqla məşğul oldu. Bunu Azərbaycan xalqı da başa düşdü ki, onun seçki kampaniyası şər, böhtan xarakteri daşıyır. Seçkinin nəticəsi göz qabağındadır. Xalq İlham Əliyevi seçdi, dəstəklədi və növbəti beş il üçün ölkənin prezidentini müəyyənləşdirdi. Bu baxımdan artıq Cəmil Həsənlinin başqa variantı qalmadı. O, Azərbaycana qayıtmayacaq”.

YAP funksioneri C. Həsənlinin bir daha Azərbaycana qayıtmayacağını belə əsaslandırıb: “Birincisi, nəzər salsaq, görərik ki, onun ətrafındakıların heç biri Azərbaycanda yaşamır, hamısı xaricdədir. Yalnız özü burda idi, o da getdi. Yüz faiz qayıtmayacaq”.

S. Novruzovun sözlərinə görə, C. Həsənli Avropada erməni qüvvələrindən istifadə edərək Azərbaycanın haqq işini müdafiə edən bəzi qurumları, təşkilatları şantaj edəcək: “Çünki Avropa Şurası, Avropa Parlamenti, ATƏT-in digər strukturları, o cümlədən ayrı-ayrı beynəlxalq təşkilatlar Azərbaycanda keçirilən seçkilərin ədalətli, azad, demokratik və şəffaf olduğunu bəyan edib. Cəmil Həsənli orada ermənilərlə birləşib həmin bu qurumları şantaj eləməklə məşğul olacaq. Necə ki, keçirdikləri mitinqdə istər İsası, istər Əlisi, istərsə də Cəmili bunu etdi”.

S. Novruzov müxalifətin yanıldığını da qeyd edib: “Avropada, Asiyada, Afrikada, Amerikada artıq bunları yaxşı tanıyırlar. 20 ildən çox müxalifətçilik edən bu insanlar artıq tarixin arxivinə getməlidirlər. Bunlar erməni qüvvələri, onları təmsil edənlərdən başqa nə Azərbaycan xalqına, nə də demokratik dünyaya lazımdırlar”.

Geri dön
Hadisələrdən həmən xəbərdar olmaq üçün avtomatlaşdırılmış TWITTERFACEBOOK hesablarımıza üzv olun.
Facebook hesabınız vasitəsilə xəbərlərə rəylərinizi bildirin.
Facebook hesabınıza daxil olun və aşağıdakı aktiv olacaq paneldə öz fikrinizlə bölüşün.