“Mozilla” “FireFox OS”- ı yenilədi
  • “Mozilla” şirkəti mobil axtarış əməliyyat sistemi olan “FireFox OS” –ın yüksək yenilənmiş variantı “FireFox OS 1.1” – i buraxıb. Sistem 2013- cü ildə istifadəyə verilib.

“Mozilla” nın bloqunda qeyd olunub ki, yenilənmə sistemə əlavə dil seçənəyi və sürətli işləmək imkanı verir. Həmçinin, “FireFox OS” – ın ilk versiyasında olmayan lazımı əsas funksiyalar sırası da mövcuddur.

Bu funksiyalara – mətn daxil edərkən avtomatik düzəliş olunması, MMS və əsas bildiriş dəstəklənməsi, “Gmail” və “Hotmail”dən əlaqələrin daxil edilməsi, brauzerdən şəkil, video və audioların saxlanma imkanı daxildir.

“Mozilla” həmçinin interfeysi də tamamladı : ekranın üst hissəsində axtarış zolağı da qoyuldu. E-poçt müştəriləri artıq qaralama məktubları saxlaya biləcək və göndərilən məktublara şəkil də yerləşdirə biləcəklər.

“FireFox OS”  ucuz smartfonlarda əməliyyat sistemi kimi istifadə olunur. Misal üçün , qiyməti 150 dollardan aşağı olan  ZTE Open və Alcatel One Touch Fire aparatlarında işlənilir.

Bu sistemlə işləyən smartfonlar ən çox 4 ölkədə : Kolumbiya, Venesuela, İspaniya və Polşada satılır. Gələcəkdə “Mozilla” satış coğrafiyasını genişləndirməyi planlaşdırır.

Geri dön
Hadisələrdən həmən xəbərdar olmaq üçün avtomatlaşdırılmış TWITTERFACEBOOK hesablarımıza üzv olun.
Facebook hesabınız vasitəsilə xəbərlərə rəylərinizi bildirin.
Facebook hesabınıza daxil olun və aşağıdakı aktiv olacaq paneldə öz fikrinizlə bölüşün.