“Google” –dan növbəti yenilik!
  • 11 oktyabr tarixində “Google” şirkəti “İstifadə qaydaları”nı yenilədi. Yeni qaydalara əsasən reklam olunan obyektlərlə hər hansı bir əlaqə nümayiş etdirən istifadəçinin şəkili və istifadəçi adı reklam şəbəkəsində yerləşdiriləcək.

Yenilik “Açıq şərh” adlanır. ( ing. Shared Endorsements). Işləmə mexanizmi belədir : İstifadəçi Google servisində hər hansı məhsulu və yaxud xidməti qiymətləndirirsə və bu xidmət və yaxud məhsul Google şəbəkəsində reklam olunursa, onda məhsulun və xidmətin alt hissəsində istifadəçinin şəkili, adı və verdiyi qiymət qeyd olunur. Şəkil və ad “Google +” dan götürülür.

“Açıq şərh”i tənzimləmək mümkündür. Yetkinlik yaşına çatmayanlar avtomatik bu proqrammda iştirak etmirlər, daha doğrusu onlar şərhləri görürlər lakin onların özlərinin şəkil və adları reklamda görünmür.

Şirkət iddia edir ki, “açıq şərh” reklamın keyfiyyətini artırır, çünki istifadəçilər artıq yaxınlarının nəyi bəyənib seçdiklərini biləcəklər. Servis anonsdan 1 ay sonra, daha dəqiq desək 11 noyabr tarixindən işləyəcək.

“Açıq şərh”ə oxşar funksiyanı “Reklam xəbərləri” (Sponsored Stories) adı altında  2011 –ci idə “Facebook” sosial şəbəkəsi tətbiq etmişdir. Xəbərlərdə reklam verənin ödənişli postu və “like” etmiş dostların şəkili və adı qeyd olunur.

Bir sıra “Facebook” istifadəçisi , şəxsi məlumatlarını reklamda istifadə edəcəklərini xəbərdar etmədiyinə görə şəbəkəni məhkəməyə vermişdir. Münaqişəni yatırtmaq üçün şəbəkə iddiaçılara 20 milyon ABŞ dolları ödəmişdir.

Geri dön
Hadisələrdən həmən xəbərdar olmaq üçün avtomatlaşdırılmış TWITTERFACEBOOK hesablarımıza üzv olun.
Facebook hesabınız vasitəsilə xəbərlərə rəylərinizi bildirin.
Facebook hesabınıza daxil olun və aşağıdakı aktiv olacaq paneldə öz fikrinizlə bölüşün.