“Messinin anası tava ilə məni döyürdü”
  • Messinin keçmiş sevgilisi Makarena Lemos maraqlı açıqlamalar verib.20 yaşlı model “Barselona”nın futbolçusunun anasından narazılığını bildirib.

Gileyli olan Lemos deyib ki, Messinin anası ilə yola getmirmiş: “Mağazaya anam və xalamla gedirdim. Bu zaman diqqət yetirdim ki, arxamca Lionelin anası gəlir. Onun bir əlində tava, digərində telefon vardı. Anası telefonla şəklimi çəkirdi. Ümumiyyətlə, əlində tava elektron məhsulları şöbəsində necə gəlib çıxıb? Ondan nə baş verdiyini soruşanda, məni təhqir etməyə başladı. Şokda idim. Gözləmirdim ki, anam, xalam və digər insanların qarşısında belə hal baş versin.

Messini həmişə mühafizəçilər müşayiət edir. Ancaq mən adi insanam və hamı kimi dostlarımla gəzirəm”. Makarena bildirib ki, xanım Messinin ona qəzəblənməyə bəhanəsi olub: “O, mənimlə elə davranırdı ki, guya tam yaramaz insanam və Leonun boynundan asılmışam. Guya mən demişəm ki, Messi ilə gecəni bir yerdə keçirmişəm. Ancaq mən bunu etməmişdim. Axı o vaxt 14 yaşım vardı. Üstəlik, heç vaxt belə şeylər danışmamışam. Bu, mənim üçün sona kimi çatdırılmayan iş kimi qaldı”.

Qeyd edək ki, Messi ilə görüşəndə Lemosun 18 yaşı olub.

Geri dön
Hadisələrdən həmən xəbərdar olmaq üçün avtomatlaşdırılmış TWITTERFACEBOOK hesablarımıza üzv olun.
Facebook hesabınız vasitəsilə xəbərlərə rəylərinizi bildirin.
Facebook hesabınıza daxil olun və aşağıdakı aktiv olacaq paneldə öz fikrinizlə bölüşün.