"Orxan Zeynalovun hüquqları tam olaraq qorunur"
  • Rusiya səfiri Vladimir Doroxin yaxın zamanlarda Azərbaycan səfirliyinin nümayəndəsinin onunla görüşə biləcəyinə ümid etdiyini deyib

“Azərbaycan vətəndaşının bütün prosessual hüquqları tam təmin olunub. Onun vəkili var. Orxan Zeynalova tərcüməçi verilib, məhkəmənin materialları Azərbaycan dilinə tərcümə edilib. Əminəm ki, yaxın zamanlarda Azərbaycan səfirliyinin nümayəndəsi onunla görüşə biləcək”. Bu sözləri Rusiyanın Azərbaycandakı səfiri Vladimir Doroxin Yeqor Şerbakovu qətlə yetirməkdə şübhəli bilinən Orxan Zeynalov və bir neçə gündür bu hadisə ətrafında cərəyan edən məsələlərə münasibət bildirərkən deyib. Onun sözlərinə görə, hazırda Orxan Zeynalovun hüquqları tam olaraq qorunur.

Səfir azərbaycanlı şüpəlidən başqa saxlanılan digər 2 şəxs barəsində də eyni ittiham irəli sürüldüyünü deyib. Hazırda isə səlahiyyətli orqanlar məsələnin həlli ilə bağlı araşdırmalar aparırlar.

V.Doroxin məhkəmənin düzgün qərar çıxaracağına əmin olduğunu deyib. Hadisə ilə bağlı mətbuatdakı şərhlərə də münasibət bildirən səfir bu məsələnin xüsusi kampaniya kimi göstərilməsinin həqiqətə uyğun olmadığını bildirib.

“Rusiya Azərbaycanla münasibətləri yüksək qiymətləndirir. Bu hadisə nə Rusiya-Azərbaycan münasibətlərinə, nə də Rusiyada işləyən azərbaycanlılara mənfi təsir etməyib".

Geri dön
Hadisələrdən həmən xəbərdar olmaq üçün avtomatlaşdırılmış TWITTERFACEBOOK hesablarımıza üzv olun.
Facebook hesabınız vasitəsilə xəbərlərə rəylərinizi bildirin.
Facebook hesabınıza daxil olun və aşağıdakı aktiv olacaq paneldə öz fikrinizlə bölüşün.