Bakıda məmur oğlunu niyə öldürdülər? (Təfərrüatlar)
  • Baxşıyevin onun yaşadığı məhəllədə Toyota Prado markalı avtomobildə əyləşərək, qızla ədəbsiz hərəkətlər etməsi Əliyevin narazılığına səbəb olub

Oktyabrın 16-da Bakının Binəqədi rayonunda bir nəfərin öldürülməsi, daha iki nəfərin yaralanması ilə başa çatmış qanlı münaqişənin təfərrüatları məlum olub.

Xatırladaq ki, həmin gün gecə Binəqədi rayonunda münaqişə zamanı 1991-ci il təvəllüdlü Bakı sakini Məlikov Əli Natiq oğlu öldürülmüşdü.

Binəqədi rayon Polis İdarəsindən verilən məlumata görə, bu zaman daha iki nəfər – Baxşıyev Elçin Qılıncxan oğlu və Fərzəliyev Seymur Famil oğlu bıçaq yarası almışdılar.

Faktla bağlı Biləcəsi qəsəbəsi sakini, 1987-ci il təvəllüdlü Əliyev Tural Məzahir oğlu saxlanılıb.

İlkin araşdırma zamanı məlum olub ki, qətldən bir qədər əvvəl Tural Əliyev Elçin Baxşıyevlə mübahisə edib. Belə ki, Baxşıyevin onun yaşadığı məhəllədə Toyota Prado markalı avtomobildə əyləşərək, qızla ədəbsiz hərəkətlər etməsi Əliyevin narazılığına səbəb olub.

O bu barədə iradını Baxşıyevə bildirib. Maşının sahibi naməlum şəxsin ona insanlar arasında özünü necə aparmaq barədə irad tutmasını bəyənməyib. Gənc insanlar sözləşiblər və bir-birinin telefon nömrələrini götürərək, münasibətlərinə aydınlıq gətirmək üçün görüş təyin ediblər.

Gənclərin danışdığı kimi, saat 21:40-da Baxşıyev Əliyevlə görüşə gəlib, lakin tək yox, dostları – Məlikov və Fərzəliyevlə birlikdə. Əliyev isə tək olub. Gənc insanlar münasibətlərini aydınlaşdırmağa başlayıblar və iş davaya çatanda, Əliyev cibindən bıçaq çıxararaq, Məlikovu öldürüb, həmçinin Fərzəliyev və Baxşıyevi yaralayıb. Cinayəti törədən Əliyev hadisə yerindən qaçıb gizlənsə də, növbəti gün gecə saat 3 radələrində polis tərəfindən saxlanılıb.

Qeyd edək ki, öldürülmüş şəxs Dövlət Əmlak Komitəsinin şöbə müdiri Natiq Məlikovun oğludur.

Faktla bağlı cinayət işi qaldırılıb, istintaq davam edir.

(Vesti.Az)

Geri dön
Hadisələrdən həmən xəbərdar olmaq üçün avtomatlaşdırılmış TWITTERFACEBOOK hesablarımıza üzv olun.
Facebook hesabınız vasitəsilə xəbərlərə rəylərinizi bildirin.
Facebook hesabınıza daxil olun və aşağıdakı aktiv olacaq paneldə öz fikrinizlə bölüşün.