Rusiyalı nazir miqrantlara hücumlara haqq qazandırdı
  • "Lakin bu proseslər qanunvericilik çərçivəsində həyata keçirilməlidir".

Rusiyanın daxili işlər naziri Vladimir Kolokoltsev Yeqor Şerbakovun qətlindən sonra bir qrup şəxsin etiraz aksiyası keçirməsi və Biryulyovda meyvə-tərəvəz bazasına hücum etməsinə haqq qazandırıb.

Vladimir Kolokoltsev deyib ki, ictimai asayiş və stabilliklə bağlı öz mövqeyini aktiv şəkildə ortaya qoyan vətəndaşları dəstəkləyir.

Lakin o bildirib ki, bütün bu proseslər qanunvericilik çərçivəsində həyata keçirilməlidir.

Daxili işlər naziri Biryulevoda vəziyyətin polislərin adekvat addımları nəticəsində stabilləşdirildiyini deyib.

O, Yeqor Şerbakovun qatilinin tapılmasının ictimai sifariş olduğunu bildirib və bu sifarişin yerinə yetirilməsi üçün polislərin gecə-gündüz çalışdığını vurğulayıb.

Vladimir Kolokoltsev Orxan Zeynalovun saxlanması zamanı yol verilən qanunsuzluqlara münasibət bildirməyib.

Geri dön
Hadisələrdən həmən xəbərdar olmaq üçün avtomatlaşdırılmış TWITTERFACEBOOK hesablarımıza üzv olun.
Facebook hesabınız vasitəsilə xəbərlərə rəylərinizi bildirin.
Facebook hesabınıza daxil olun və aşağıdakı aktiv olacaq paneldə öz fikrinizlə bölüşün.