“iPhone 5S”, yoxsa “Galaxy S4”?
  • “Which” jurnalı bir sıra smartfonları iş sürətinə görə sınaqdan keçirib. Əvvəllər “Samsung Galaxy S4” birinci yerdə olub.

Lakin hazırda “iPhone 5S” və “LG G2” (müvafiq olaraq birinci və ikinci yer) smartfonlarına uduzaraq üçüncü pillədə yer alıb.

Sınaqlarda, həmçinin “HTC One”, “iPhone 5S”, “Galaxy S4 mini” və “HTC One mini” smartfonları iştirak edib.

Nəşr qeyd edib ki, bu ilin yayında keçirilmiş əvvəlki sınaqlarda “Apple” smartfonu autsayder olub.

“ICTnews” elektron xəbər xidməti “tech.onliner.by” saytına istinadən bildirir ki, lakin bu dəfə “Kupertino” şirkətinin smartfonu rəqibindən təxminən 50% daha məhsuldar olub.

Geri dön
Hadisələrdən həmən xəbərdar olmaq üçün avtomatlaşdırılmış TWITTERFACEBOOK hesablarımıza üzv olun.
Facebook hesabınız vasitəsilə xəbərlərə rəylərinizi bildirin.
Facebook hesabınıza daxil olun və aşağıdakı aktiv olacaq paneldə öz fikrinizlə bölüşün.