“YouTube” 3 ayda mobil reklamdan 350 milyon dollar qazanıb
  • Hazırda “YouTube” (“Yutub”) videohostinqinin trafikinin təxminən 40%-i mobil qurğuların payına düşür. Halbuki 2 il əvvəl bu göstərici 6%-ə bərabər olub.

Bu barədə “YouTube”un sahibi olan “Google” (“Quql”) şirkətinin baş direktoru Larri Peyc üçüncü rübün maliyyə yekunları üzrə keçirdiyi konfransda bildirib. “YouTube”un mobil qurğular vasitəsilə trafikinin artması videohostinqin mobil servislərinə daha çox qazanc gətirə bilər.

“Google” şirkətinin biznesin inkişafı üzrə direktoru Nikeş Arora konfrans zamanı xatırladıb ki, şirkət reklam kampaniyalarının aparılması üzrə yeni sistemin tətbiqini, habelə reklam verənlərə eyni vaxtda fərdi kompyuterlərdə və mobil qurğularda tərəqqiyə imkan verən məhsulları çərçivəsində inkişaf etdirir.  “YouTube”un satış üzrə vitse-prezidenti Lukas Uotsonun “Bloomberg” agentliyinə müsahibədə bildirdiyinə görə, videohostinqin mobil qurğular reklamından əldə etdiyi mədaxil yarım il ərzində 3 dəfə artıb. L.Uotsonun sözlərinə görə, cari ilin birinci rübündə “YouTube” təkcə mobil reklamdan 350 milyon dollara yaxın qazanc əldə edib.

Geri dön
Hadisələrdən həmən xəbərdar olmaq üçün avtomatlaşdırılmış TWITTERFACEBOOK hesablarımıza üzv olun.
Facebook hesabınız vasitəsilə xəbərlərə rəylərinizi bildirin.
Facebook hesabınıza daxil olun və aşağıdakı aktiv olacaq paneldə öz fikrinizlə bölüşün.