"Samsung"dan "Apple" şirkətinə zərbə
  • "Samsung" şirkəti bu ilin üçüncü rübündə Amerika bazarında satılmış smartfonların sayına görə "Apple" şirkətini ötüb.

"CIRP" analitik şirkətinin araşdırmasına görə, bu ilin üçüncü rübündə ABŞ-da telefon satışlarının ümumi sayının 38%-i "Samsung" smartfonlarının payına düşür.

"Apple" şirkəti bazarda ikinci yerdə qərarlaşıb. "iPhone" smartfonunun satış həcmi 34% təşkil edib.

Qeyd edək ki, Amerika bazarında üçüncü yerdə 8% bazar payına malik "HTC" və "LG" şirkətləri qərarlaşıb.

"CIRP" analitik agentliyinin həmtəsisçisi Coşa Lovitzanın sözlərinə görə, "Samsung" şirkətinin birinci yerdə olmasının əsas səbəbi istehlakçıların "iPhone 5S" və "5C" smartfonlarının çıxmasını gözləyərək "Apple" şirkətinin cihazlarını satın almağı təxirə salıblar.

"ICTnews"

Geri dön
Hadisələrdən həmən xəbərdar olmaq üçün avtomatlaşdırılmış TWITTERFACEBOOK hesablarımıza üzv olun.
Facebook hesabınız vasitəsilə xəbərlərə rəylərinizi bildirin.
Facebook hesabınıza daxil olun və aşağıdakı aktiv olacaq paneldə öz fikrinizlə bölüşün.