"Tvitter"də yenilik
  • Birbaşa mesaj qutunuzun hər kəsə açılması, istənməyən insanlardan gələn mesajlarla dolmasına səbəb ola bilər

Artıq Twitterdə kiməsə birbaşa mesaj göndərmək üçün onun da sizi təqib etməsi kimi bir zərurət yoxdur. Birbaşa mesaj göndərə bilmək üçün onu izləməyiniz kifayətdir.

Hələ Twitterin bütün ölkələrdəki istifadəçiləri üçün açıq olmayan bu xüsusiyyətindən istifadə etmək isə sizin əlinizdədir. Birbaşa mesaj xüsusiyyətini açmaq istəyənlər parametrlər bölümündəki qutunu işarələməlidir.

Yeni əlavə olunan bu funksiyadan istifadə etmək istifadəçilərə bir tərəfdən üstünlük təmin edir, digər tərəfdən isə problem yarada bilər. Əvvəl kiməsə birbaşa mesaj göndərmək üçün əvvəlcə bu adamdan sizi təqib etməsini istəməli idiniz. Artıq buna ehtiyac qalmayacaq.

Lakin birbaşa mesaj qutunuzun hər kəsə açılması, gələcəkdə bu qutunun istənməyən reklamlar və istənməyən insanlardan gələn mesajlarla dolmasına səbəb ola bilər.

Geri dön
Hadisələrdən həmən xəbərdar olmaq üçün avtomatlaşdırılmış TWITTERFACEBOOK hesablarımıza üzv olun.
Facebook hesabınız vasitəsilə xəbərlərə rəylərinizi bildirin.
Facebook hesabınıza daxil olun və aşağıdakı aktiv olacaq paneldə öz fikrinizlə bölüşün.