Azərbaycana qızıl Quran təqdim olundu (FOTO)
  • Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin orijinal kolleksiyasına yeni əlyazmalar təqdim olunub.

Mərkəzdən verilən məlumata görə, bunlar əsasən 1 126 AH (1 709 AH) dönəminə aid olan Quran kitabının Al Baqarah və Al Fatiha surələrinin 14sm x 20sm ölçüsündə olan qızılla işlənilmiş orijinallarıdır.

Təqdim olunan əlyazmaların ən önəmlisi isə Osmanlı dönəminin ən məşhur xəttatı olan Şeyx Həmdullah (1436-1520) tərəfindən yazılmış Qurani-Kərimdir. Şeyx Həmdullah bütün həyatını 47 heyrətamiz gözəllikdə Quran kitabını yazmağa həsr edib.

Nizami Gəncəvi Beynəlxalq Mərkəzi Şərqin mədəniyyəti və tarixinin ən nadir inciləri sayılan Nizami Gəncəvi “Xəmsə”sinə həsr olunmuş orijinal əlyazma və illüstrasiyalardan ibarət arxivin artıq Bişkek, Vaşinqton, İsgəndəriyyə, Tbilisi daxil olmaqla 15-ə yaxın sərgisini təşkil edib.

2014-cü ildən başlayaraq isə İsgəndəriyyə Kitabxanası, Türkiyə Milli Kitabxanası və Küveyt Fondu ilə birgə “İpək Yolu” layihəsi çərçivəsində mövcud orijinal əlyazma və illüstrasiyaları daha geniş kütləyə təqdim edəcək.

Geri dön
Hadisələrdən həmən xəbərdar olmaq üçün avtomatlaşdırılmış TWITTERFACEBOOK hesablarımıza üzv olun.
Facebook hesabınız vasitəsilə xəbərlərə rəylərinizi bildirin.
Facebook hesabınıza daxil olun və aşağıdakı aktiv olacaq paneldə öz fikrinizlə bölüşün.