Görəsən, bu, qadındı, yoxsa kişi?! (FOTO)
  • Tailand transseksuallara münasibət baxımından dünyanın ən tolerant ölkələrindən biridir yəqin ki.

Burda onları “üçüncü cins”, “ikinci tip qadın”, bəzən hətta “əsl qadın” adlandırırlar. Çünki bu insanlar qadın olmağı özləri seçiblər, doğuşdan qadın deyillər. Cəmiyyətin tolerant münasibətinə baxmayaraq, burda dövlət onların hüquqlarını tanımır. Cinsiyyətlərini dəyişdikdən sonra onlar pasportlarına “qadın” yazdıra bilmirlər.

Tailand seks-turizminin ən inkişaf etdiyi ölkələrdən biri sayılır. Bu ölkəyə gələn turistlər təkcə əsl qadınların deyil, sonradan qadın olmuşların da xidmətindən istifadə edirlər. Deyilənə görə, son zamanlarda bura yapon turistlər axışmağa başlayıb.

Barların böyük əksəriyyəti “üçüncü cins”in üzünə bağlıdır. Onlar deyir ki, homoseksual münasibətlərdən qaçmağa çalışırlar. Ancaq düzünə qalsa, burda “qadın” “kişi” anlayışları artıq bir-birinə qarışıb. “Homoseksual münasibət” deyəndə transseksualların qadınları, yoxsa kişiləri nəzərdə tutduqları bəlli deyil.

Banqkokda yerləşən balaca klinikada cinsiyyət dəyişikliyi əməliyyatı həyata keçirilir. Reportajı hazırlayan fotoqraf yazır ki, əməliyyatı edən xirurq artıq 20 ildir kişiləri qadına çevirir. Ancaq bu əməliyyata görə onun rəsmi icazəsi yoxdur və heç vaxt da olmayacaq. Saat yarımlıq əməliyyat iki dəfə tez bitir. Həkim qürurla deyir ki, lokal anesteziya edərək əməliyyatı yerinə yetirə bilir. Həm dava-dərmana, həm də əməliyyatda iştirak edəcək tibbi heyətə qənaət etmək əməliyyatın ucuz başa gəlməsinə gətirib çıxarır. Beləliklə də müştərilərin sayı artır.

Geri dön
Hadisələrdən həmən xəbərdar olmaq üçün avtomatlaşdırılmış TWITTERFACEBOOK hesablarımıza üzv olun.
Facebook hesabınız vasitəsilə xəbərlərə rəylərinizi bildirin.
Facebook hesabınıza daxil olun və aşağıdakı aktiv olacaq paneldə öz fikrinizlə bölüşün.