İlham Əliyev üçüncü dəfə prezident seçildikdən sonra ilk xarici səfərini Belarusa edib
  • Azərbaycan Prezidenti İlham Əliyev MDB Dövlət Başçıları Şurasının iclasında iştirak etmək üçün Belarus paytaxtı Minskə yola düşüb.

Dövlət başçısını Heydər Əliyev Beynəlxalq Aeroportundan Baş nazir Artur Rasizadə, Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev və Bakı Şəhəri İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov yola salıblar.

Dövlət başçıları cümə günü Minskdə Birlik məkanında cinayətkarlığa qarşı mübarizə, iqtisadi münasibətlərin dərinləşməsi, həmçinin SSRİ-nin Böyük vətən müharibəsindəki qələbəsinin 70 illiyinin qeyd olunmasına hazırlıq məsələlərini müzakirə edəcəklər. İclaslar ənənəvi olaraq dar və geniş tərkibdə nümayəndə heyətləri üzvlərinin iştirakı ilə keçiriləcək.

Xatırladaq ki, bu, dövlət başçısı İlham Əliyevin üçüncü dəfə prezident seçildikdən sonra ilk xarici səfəridir.

Geri dön
Hadisələrdən həmən xəbərdar olmaq üçün avtomatlaşdırılmış TWITTERFACEBOOK hesablarımıza üzv olun.
Facebook hesabınız vasitəsilə xəbərlərə rəylərinizi bildirin.
Facebook hesabınıza daxil olun və aşağıdakı aktiv olacaq paneldə öz fikrinizlə bölüşün.