Gürcüstandan Azərbaycana 303 milyon dollarlıq maşın gətirilib
  • 2013-cü ilin yanvar-sentyabr aylarında Gürcüstandan Azərbaycana ümumi dəyəri 303,12 milyon dollar təşkil edən 33,36 min minik avtomobili gətirilib.

Bu barədə Gürcüstanın milli statistika idarəsinin saytında dərc olunmuş hesabatda deyilir.

Hesabatın məlumatlarına əsasən, Gürcüstandan Azərbaycana ixracın ümumi həcmində avtomobillərin xüsusi çəkisi göstərilmiş dövr ərzində 57,3%-ə çatıb.

2013-cü iliun yanvar-sentyabr aylalrında Gürcüstandan Azərbaycana 528,9 milyon dollarlıq yaxud da ölkənin hesabat dövrü ərzində ümumi ixracatının 26,2% qədər mal ixrac olunub.

Geri dön
Hadisələrdən həmən xəbərdar olmaq üçün avtomatlaşdırılmış TWITTERFACEBOOK hesablarımıza üzv olun.
Facebook hesabınız vasitəsilə xəbərlərə rəylərinizi bildirin.
Facebook hesabınıza daxil olun və aşağıdakı aktiv olacaq paneldə öz fikrinizlə bölüşün.