İlahiyyatçı Tale Bağırovun işi üzrə keçirilən məhkəmədə insident baş verib, bir neçə nəfər saxlanılıb
  • Sabunçu rayon məhkəməsində ilahiyyatçı Tale Bağırovun işi üzrə keçirilən məhkəmə prosesində insident yaşanıb.

Bu barədə İslamçıların Hüquqlarının Müdafiə Komitəsinin yaydığı bəyanatda qeyd olunub ki, məhkəmə prosesinin açıq keçirilməsinə baxmayaraq, məhkəmə zalını və həyətini tərk olunmasını tələb edən dövlət məmurları ilə məhkəməyə gəlmiş vətəndaşlar arasında problem yaranıb. Hadisə ilə əlaqədar bir neçə şəxs saxlanılıb.

Məsələ ilə bağlı APA-nın sorğusunu cavablandıran Daxili İşlər Nazirliyi mətbuat xidmətinin şöbə rəisi Orxan Mansurzadə bildirib ki, T.Bağırovun yaxınları və tərəfdarları məhkəmə zalında müxtəlif şüarlar səsləndirməklə, ictimai asayişi kobud şəkildə pozan hərəkətlər edərək məhkəmənin normal işini pozmağa cəhd ediblər. Onlar Ədliyyə Nazirliyi işçiləri və polis əməkdaşlarının intizama dəvət edən qanuni tələblərinə tabe olmayaraq, məhkəmənin həyətində bu hərəkətləri davam etdirib, hərəkət intensivliyi olan küçədə avtomobil yolunu bağlamağa cəhd göstəriblər. Eyni zamanda həmin şəxslər müəyyən xuliqanlıq hərəkətləri etməklə hüquq-mühafizə orqanlarının əməkdaşlarına müqavimət göstərib və bir neçə əməkdaşa xəsarətlər yetiriblər. Qanunazidd əməllərin fəal iştirakçılarından bir neçəsi polis tərəfindən saxlanılıb. Prokurorluq tərəfindən faktla bağlı araşdırmalar aparılır. Araşdırmanın nəticəsindən asılı olaraq məsələyə hüquqi qiymət veriləcək.

Geri dön
Hadisələrdən həmən xəbərdar olmaq üçün avtomatlaşdırılmış TWITTERFACEBOOK hesablarımıza üzv olun.
Facebook hesabınız vasitəsilə xəbərlərə rəylərinizi bildirin.
Facebook hesabınıza daxil olun və aşağıdakı aktiv olacaq paneldə öz fikrinizlə bölüşün.