Müğənni Kirkorov həbs oluna bilər
  • Müğənnini 8 ilədək azadlıqdan məhrumetmə cəzası və 5000-dən 25500 avroyadək cərimə gözləyə bilər. 4 bolqar bəstəkarı məşhur müğənni Kirkorovu məhkəməyə verib.

Bəstəkarlar müğənninin onlara heç bir qonorar vermədən bəstələrini icazəsiz ifa etdiyini iddia edirlər. Söhbət "Plyus və minus", "İndiki zaman", "Uşaqlıqdan xatirələr", "Etiraf" və "Ulduz fantaziyası" adlı mahnılardan gedir.

"Bu mahnılar onların müəlliflərinin icazəsi olmadan müğənni tərəfindən uzun illərdir konsertlərdə və musiqi albomlarında istifadə edilir" -"Avropa İnsan Haqlarının Müdafiəsi Cəmiyyətinin" nümayəndəsi belə deyir. İddiaçı şəxslərin sözlərinə görə, Filip Kirkorov bu mahnıların sözlərini dəyişsə də, musiqini olduğu kimi saxlayıb və indi onları öz şəxsi bəstələri kimi ifa edir.

Qeyd edək ki, Rusiya qanunvericiliyinə görə, bu iddialar sübuta yetirilərsə, müğənnini 8 ilədək azadlıqdan məhrumetmə cəzası və 5000-dən 25500 avroyadək cərimə gözləyə bilər.

Geri dön
Hadisələrdən həmən xəbərdar olmaq üçün avtomatlaşdırılmış TWITTERFACEBOOK hesablarımıza üzv olun.
Facebook hesabınız vasitəsilə xəbərlərə rəylərinizi bildirin.
Facebook hesabınıza daxil olun və aşağıdakı aktiv olacaq paneldə öz fikrinizlə bölüşün.