Qadınlarda kişilərdən geri qalmırmış
  • Yarım milyon kişi həyat yoldaşının təzyiqə məruz qaldığını söyləyib. Keniyada həyat yoldaşları tərəfindən təzyiqə məruz qaldıqlarını söyləyən kişilər etiraz kampaniyası başlayıblar.

Maendeleo Ya Wanaume adlı kişi təşkilatı, milli televiziyada yayımlanan kampaniyalarında, ailədaxili təzyiq görən kişiləri, həyat yoldaşlarının hazırladığı yeməklərə toxunmayaraq, tətil etməyə çağırıb.

Hökuməti kişilərə qarşı ailədaxili təzyiqlərə əhəmiyyət verməməkdə günahlandıran təşkilat rəhbəri, bu kampaniya ilə getdikcə kişiyə qarşı artan təzyiqlərə diqqət yönəldə biləcəyini bildirib.

Təşkilatın məlumatlarına görə, keçən il yalnız paytaxt Nairobi bölgəsində 460 min kişi həyat yoldaşı tərəfindən döyülüb və pis rəftar görüb. Təşkilat, artan təzyiqin səbəblərindən birinin də qadınların maddi olaraq getdikcə daha çox müstəqillik əldə etməsi olduğunu vurğulayıb.

Geri dön
Hadisələrdən həmən xəbərdar olmaq üçün avtomatlaşdırılmış TWITTERFACEBOOK hesablarımıza üzv olun.
Facebook hesabınız vasitəsilə xəbərlərə rəylərinizi bildirin.
Facebook hesabınıza daxil olun və aşağıdakı aktiv olacaq paneldə öz fikrinizlə bölüşün.