Ən aktiv sosial şəbəkələrin reytinqi (SİYAHI)
  • Media nəhəngi "Facebook" 1 milyard 155 milyon aylıq aktiv istifadəçisi ilə siyahıda ilk pillədə qərarlaşıb

Sosial mediada ən çox istifadəçi cəlb edən şəbəkələrin siyahısı dərc edilib. Media nəhəngi "Facebook" 1 milyard 155 milyon aylıq aktiv istifadəçisi ilə siyahıda ilk pillədə qərarlaşıb. İkinci sırada isə 1 milyard istifadəçisi ilə "YouTube" video portalı yer alıb. Üçüncü yerdə Çinin ən böyük sosial şəbəkəsi olan "Qzone" qərarlaşıb. Bu şəbəkədə 712 milyon aktiv istifadəçi var və bu rəqəm yalnız çinlilərə aiddir.

Sonrakı yerlərdə isə "Sina Weibo" (aylıq istifadəçi sayı 500 milyon), "Whatsapp" (aylıq istifadəçi sayı 350 milyon), "Google+" (aylıq istifadəçi sayı 327 milyon), "Tumblr" (aylıq istifadəçi sayı 300 milyon), "LINE" (aylıq istifadəçi sayı 275 milyon), "Twitter" (aylıq istifadəçi sayı 240 milyon) və "WeChat" (aylıq istifadəçi sayı 236 milyon) şəbəkələri yer alıb.

Geri dön
Hadisələrdən həmən xəbərdar olmaq üçün avtomatlaşdırılmış TWITTERFACEBOOK hesablarımıza üzv olun.
Facebook hesabınız vasitəsilə xəbərlərə rəylərinizi bildirin.
Facebook hesabınıza daxil olun və aşağıdakı aktiv olacaq paneldə öz fikrinizlə bölüşün.