19 dildə danışan robot (VİDEO)
  • NAO” robotu 19 dildə danışa bilir.İnsanabənzər “NAO” robotu ona edilən müraciətləri başa düşə bilir, fərqli dillərdə danışa bilir.

Konfiqurasiyasından asılı olaraq qiyməti 4-16 min dollar olacaq robotların gələn ilin əvvəlində satışa çıxarılması planlaşdırılır. Lakin “NAO”-nu yalnız təhsil və tədqiqat müəssisələri ala biləcək.

Boyu təxminən 58 sm olan “NAO” robotu müxtəlif yerlərdə gəzə, insan sifətlərini və obyektləri tanıya, eləcə də onların yerdəyişməsini izləyə, emosiyalar ifadə edə və toxunuşa reaksiya verə bilir. Bundan başqa, robot yıxılma zamanı əlləri üstdə qalxa da bilir. Robot 2 videokamera, 4 mikrofon, 1 ultrasəsli məsafəölçən, 2 infraqırmızı qəbuledici və şüalandırıcı, 1 inersiyalı hiqrometr və akselerometr, 9 takt ötürücü və 8 təzyiq vericisi ilə təchiz olunub.

“NAO” 1,6 giqahers takt tezlikli “Intel Atom” prosessoru və “Linux” əməliyyat sistemi ilə işləyir. Şirkət robotun proqramlaşdırılması üçün vəsaitlər dəsti təklif edir, - "Computerworld” yazır.

Geri dön
Hadisələrdən həmən xəbərdar olmaq üçün avtomatlaşdırılmış TWITTERFACEBOOK hesablarımıza üzv olun.
Facebook hesabınız vasitəsilə xəbərlərə rəylərinizi bildirin.
Facebook hesabınıza daxil olun və aşağıdakı aktiv olacaq paneldə öz fikrinizlə bölüşün.