Azərbaycanlı internet istifadəçilərini ən çox maraqlandıran saytlar açıqlandı
  • Azərbaycanda “Opera Mini” brauzerinin istifadəçiləri arasında ən çox müraciət edilən saytların onluqları müəyyən edilib.

Bu ilin üçüncü rübündə həmişə olduğu kimi “Opera Mini” brauzerinin istifadəçilər arasında ən çox müraciət edilən saytlar sırasına “Google” axtarış sistemi, “Facebook” və “Odnoklassniki” sosial şəbəkələri və “YouTube” servisi olub.

Maraqlı məqamlardan biri odur ki, “Java” telefonları sahibləri üçün “Odnoklassniki” sosial şəbəkəsi “Facebook”dan daha çox maraqlıdır.

“iOS” qurğuları istifadəçilərini ən çox maraqlandıran saytların onluğuna yeganə milli internet resursu “turbo.az” olub.

Qeyd edilən saytlardan sonra orta maraq doğuran saytlar sırasına “opera.com”, “mail.ru”, “vk.com”, “blogspot.com”, “wikipedia.org”, “yandex.ru” internet resursları daxildir.

Geri dön
Hadisələrdən həmən xəbərdar olmaq üçün avtomatlaşdırılmış TWITTERFACEBOOK hesablarımıza üzv olun.
Facebook hesabınız vasitəsilə xəbərlərə rəylərinizi bildirin.
Facebook hesabınıza daxil olun və aşağıdakı aktiv olacaq paneldə öz fikrinizlə bölüşün.