"BlackBerry" satılmayacaq
  • "BlackBerry" şirkəti səhmlərinin kütləvi satışa çıxarılması planından vaz keçib. "BlackBerry" səhmdarı, 10 faiz paya malik olan "Feyrfaks" şirkəti “ölüm-dirim mübarizəsində ayaq üstə qalmağa çalışan smartfon şirkətini istehlak etməyəcəyini açıqlayıb.

Halbuki bundan əvvəl sentyabr ayında "Feyrfaks" şirkəti "BlackBerry"nin hər səhmini 9-dollardan, ümumilikdə isə 4.7 milyard ABŞ dollarına alacağını və şirkətin özəlləşəcəyini elan etmişdi. Şirkət əvəzində "BlackBerry"yə digər səhmdarlarla birgə 1 milyard ABŞ doları civarında yatırım qoyacaqlarını bildirib. Paralel xəbərlə, "BlackBerry"şirkəti eyni zamanda icraçı direktor Sorsten Haynzın istefa verdiyini elan edib.

Haynz ötən il şirkətin smartfon bazatında milyardlarla dollarlıq itkisindən sonra şirkətə başçı təyin olunmuşdu. Habelə ekspertlərə görə, onun idarəçiliyi altında Bləkberi şirkəti bir sıra (səmərəsiz qərarlar çıxarıb). Con Çen "BlackBerry" direktorlar şurasnın sədri seçilib və onun hələlik icraçı direktorun vəzifələrini müvəqqəti olara yerinə yetirəcəyi bildirilir.

Geri dön
Hadisələrdən həmən xəbərdar olmaq üçün avtomatlaşdırılmış TWITTERFACEBOOK hesablarımıza üzv olun.
Facebook hesabınız vasitəsilə xəbərlərə rəylərinizi bildirin.
Facebook hesabınıza daxil olun və aşağıdakı aktiv olacaq paneldə öz fikrinizlə bölüşün.