İranda “Facebook”və “Twitter” şəbəkələrinə icazə verilə bilər
  • İranın mədəniyyət naziri Əli Canattinin sözlərinə görə, hər kəs "Facebook" və başqa saytlara sərbəst giriş imkanına malik olmalıdır

İranda “Facebook”və “Twitter” şəbəkələrinə icazə verilə bilər. Iran vətəndaşları "Facebook" sosial şəbəkəsi və "Twitter" mikrobloqlar xidməti daxil olmaqla yaxın gələcəkdə 2009-cu ildən ölkə ərazisində bloklanmış bir sıra məşhur internet resurslarına giriş əldə edə bilərlər. Belə ki, İranın mədəniyyət naziri Əli Canatti bu yaxınlarda bəyan edib ki, hər kəs "Facebook" və başqa saytlara sərbəst giriş imkanına malik olmalıdır.

Xatırladaq ki, "Facebook" kimi sosial internet-resurslar İranda ona görə bloklanıb ki, radikal yönümlü şəxslər qiyam, qarışıqlıq və s. təşkili üçün ondan istifadə edə bilməsinlər.

Geri dön
Hadisələrdən həmən xəbərdar olmaq üçün avtomatlaşdırılmış TWITTERFACEBOOK hesablarımıza üzv olun.
Facebook hesabınız vasitəsilə xəbərlərə rəylərinizi bildirin.
Facebook hesabınıza daxil olun və aşağıdakı aktiv olacaq paneldə öz fikrinizlə bölüşün.