“Bakıelektrikşəbəkə” xəbərdarlıq edir: Heç kim bağışlanmayacaq
  • “Bakıelektrikşəbəkə” ASC debitor borcu olan abonentlərin elektrik enerjisi təchizatını noyabrın 8-də saat 15:00-dan etibarən qeyd-şərtsiz və fərdi qaydada dayandıracaq.

“Bakıelektrikşəbəkə”dən verilən məlumata görə, qeyd olunan tarixədək borcunu ödəməyən abonentlərin elektrik enerjisi təchizatı heç bir güzəşt edilmədən dayandıracaq.

“Elektrik enerjisindən istifadə ilə bağlı yaranmış borca görə enerji təchizatı dayandırılmış abonentlərin borc ödənilmədən şəbəkəyə özbaşına qoşulması elektrik enerjisinin talanması və elektrik enerjisindən qanunsuz istifadə sayıldığından, belə hallara yol vermiş şəxslərin qanunvericiliyə uyğun məsuliyyətə cəlb olunmaları üçün çox ciddi tədbirlər görüləcək”, - deyə şirkətin məlumatında bildirilir.

Bununla əlaqədar qeyd edilir ki, elektrik enerjisi təchizatı ilə bağlı abonentlərin hər hansı problem yaşamaması üçün istifadə olunmuş elektrik enerjisi haqlarının dərhal ödənilməsi xahiş olunur:

“Borcların ödənilməsi bütün poçt şöbələrində, banklarda, “Bakıelektrikşəbəkə” ASC-nin ödəmə məntəqələrində, həmçinin www.bes.az internet saytı vasitəsilə onlayn rejimdə həyata keçirilə bilər”.

Geri dön
Hadisələrdən həmən xəbərdar olmaq üçün avtomatlaşdırılmış TWITTERFACEBOOK hesablarımıza üzv olun.
Facebook hesabınız vasitəsilə xəbərlərə rəylərinizi bildirin.
Facebook hesabınıza daxil olun və aşağıdakı aktiv olacaq paneldə öz fikrinizlə bölüşün.