İranda 7 nəfər edam edilib
  • Məhbuslar qətl və narkotik maddələrin qaçaqmalçılığında günahlandırılaraq dara çəkiliblər.

İranın Hörmüzqan vilayətində 2 nəfər qətl ittihamı ilə edam olunub. Onların ad və soyadları da açıqlanıb. Əhməd Cəngicu və İsmayıl Mahmudi 2009-cu ildən həbsdədirlər. Onlar noyabrın 7-də səhər saatlarında Bəndər Abbas şəhərinin mərkəzi həbsxanasında dara çəkiliblər.

Bundan əlavə 5 nəfər Kirman vilayətində narkotik maddələrin qaçaqmalçılığına görə edam edilib. Onların ad və soyadları açıqlanmayıb. Məhbuslar noyabrın 6-da səhər saatlarında Ciroft şəhər həbsxanasında dara çəkiliblər.

Geri dön
Hadisələrdən həmən xəbərdar olmaq üçün avtomatlaşdırılmış TWITTERFACEBOOK hesablarımıza üzv olun.
Facebook hesabınız vasitəsilə xəbərlərə rəylərinizi bildirin.
Facebook hesabınıza daxil olun və aşağıdakı aktiv olacaq paneldə öz fikrinizlə bölüşün.