Məhkəmə qadını 5 il “Twitter”dən məhrum edib
  • O, sosial şəbəkədəki yazılarında vəkillər, məhkəmələr, sosial işçilər və ögey valideynləri təhqir edib

ABŞ məhkəməsi “Twitter” istifadəçilərini cəzalandırıb. Məhkəmə 34 yaşlı Filadelfiya sakini Sadiy Yanqı başqalarının şəxsi məlumatlarını oğurlamaqda və hədə-qorxu gəlməkdə günahlandırıb.

Hakim qadına 11.5 ay həbs və 3 il şərti olaraq azadlıqdan məhrum etmə cəzası verib. Bundan başqa 34 yaşlı qadın 5 il bu sosial şəbəkədən istifadə hüququndan da məhrum edilib.

Qeyd edək ki, Yanq, onun uşaqların himayəyə verilməsi barədə məhkəməsinin qərarı ilə razı olmayaraq informasiya müharibəsi təşkil etmək qərarına gəlib.O, sosial şəbəkədəki yazılarında vəkillər, məhkəmələr, sosial işçilər və ögey valideynləri təhqir edib.

Geri dön
Hadisələrdən həmən xəbərdar olmaq üçün avtomatlaşdırılmış TWITTERFACEBOOK hesablarımıza üzv olun.
Facebook hesabınız vasitəsilə xəbərlərə rəylərinizi bildirin.
Facebook hesabınıza daxil olun və aşağıdakı aktiv olacaq paneldə öz fikrinizlə bölüşün.