Azərbaycan Ordusunun hərbçisi xidməti yoldaşını güllələyib
  • Azərbaycan Ordusunda silahlı insident olub. Hadisə Şəmkir Hərbi Birləşməsinin Gədəbəydə yerləşən “N” saylı hərbi hissəsində qeydə alınıb.

Hərbi hissənin müddətdən artıq xidmət edən hərbi qulluqçusu Vüsal Cəfərov tabeliyindəki avtomat silahla hərbçi yoldaşı, müddətdən artıq xidmət edən Məhəmmədəli Abbasovu güllələyib. Nəticədə ürək nahiyəsindən güllə yarası alan hərbçi ağır vəziyyətdə hospitala yerləşdirilib.

İlkin məlumata görə, hadisəyə hərbçilər arasında yaranmış mübahisə səbəb olub.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən hadisəyə münasibət öyrənmək mümkün olmayıb.

(APA)

Geri dön
Hadisələrdən həmən xəbərdar olmaq üçün avtomatlaşdırılmış TWITTERFACEBOOK hesablarımıza üzv olun.
Facebook hesabınız vasitəsilə xəbərlərə rəylərinizi bildirin.
Facebook hesabınıza daxil olun və aşağıdakı aktiv olacaq paneldə öz fikrinizlə bölüşün.