Zakir Həsənovdan növbəti kadr islahatı
  • Uzun illər Respublika Hərbi Komissarlığının Biləcəri Toplanış məntəqəsində çağırış mətəqəsində çalışan polkovnik Hikmət Xalıqov Müdafiə Nazirliyinin Təşkilat Səfərbərlik İdarəsinin rəis müavini təyin edilib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə hərbi ekspert Üzeyir Cəfərov özünün facebook hesabında yazıb.

Bu vəzifəni general-leytenant Yaşar Aydəmirov icra edirdi. Bundan başqa, Hərbi Nəşriyyatının rəisi, sabiq hərbi komissarlıq işçisi istefada olan polkovnik Pənah Abdullayev tutduğu vəzifədən azad edilib. Onun yerinə isə, Binə Aeroportunun Hərbi Komendantlığında çalışan polkovnik-leytenant Rəşad Abuzərov təyin edilib.

Buna qədər isə, adı çəkilən zabit C.Naxçıvanski adına Hərbi Litseydə xidmət keçib. Yeri gəlmişkən, R. Abuzərov HHQ və HHM qoşunlarının sabiq komandanı general Rail Rzayevin bu yaxınlarda MN-də vəzifəyə təyin edilmiş qardaşı Rəfayel Rzayevin Binə Aeroportunda köməkçisi işləyib.

Geri dön
Hadisələrdən həmən xəbərdar olmaq üçün avtomatlaşdırılmış TWITTERFACEBOOK hesablarımıza üzv olun.
Facebook hesabınız vasitəsilə xəbərlərə rəylərinizi bildirin.
Facebook hesabınıza daxil olun və aşağıdakı aktiv olacaq paneldə öz fikrinizlə bölüşün.